Xəbərlər blokunun VII buraxılışına ötən həftə ərzində QHT-lərin həyata keçirdiyi tədbirlər ilə bağlı informasiyalar və reportajlar daxil edilib.

 

Qeyd edək ki, Xəbərlər Bloku "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “QHT sektorunda baş verən mühüm hadisələr və QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımının təşkili” layihəsi çərçivəsində hazırlanır və hər həftə QHT TV-nin internet saytı (www.qhttv.az) və qht.az saytı vasitəsi ilə yayımlanır.

 

XRONOMETRAJ:

 

Millət vəkili Vərəm Əleyhinə QHT Koalisiya üzvləri ilə görüşüb - 00:41

«Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu prezidentin fərmanına dəstək tədbiri keçirib - 01:46

“Ailə Dünyası” Sınıq Körpü sərhəd keçid məntəqəsində vətəndaşları maarifləndirib - 03:18

Bu dəfə Milli qəhrəman Cingiz Qurbanov yad olunub - 04:22 

QHT Naxçıvanda hemofiliyalı xəstələrə hərtərəfli dəstək verir - 05:22