Xəbərlər blokunun 3-cü buraxılışına ötən həftə ərzində QHT-lərin həyata keçirdiyi tədbirlər ilə bağlı informasiyalar və reportajlar daxil edilib.
Qeyd edək ki, Xəbərlər Bloku "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “QHT sektorunda baş verən mühüm hadisələr və QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımının təşkili” layihəsi çərçivəsində hazırlanır və hər həftə QHT TV-nin internet saytı (www.qhttv.az) və qht.az saytı vasitəsi ilə yayımlanır.
XRONOMETRAJ:
• Yusif Məmmədəliyev: Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün onlarla birgə çalışır – 0:51:09
• “Ailə Dünyası” sərhəd-keçid məntəqəsində maarifləndirmə kampaniyası təşkil edib – 01:22:17
• QHT Mühasibat Uçotu üzrə vahid tədris proqramının hazırlanmsını müzakirə edib – 03:10:03
• Gənclər Təşkilatları Milli Şurasının 15-ci Hesabat Seçki Qurultayı keçirilib – 04:30:04
• Şuranın dəstəyi ilə Quba səfəri olub – 05:54:17
• 100 ilin dərsləri: Cümhuriyyət ordusunun Qarabağ döyüşləri” filmi təqdim olunub – 06:39:19
• Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimova həsr olunmuş tədbir keçirilib -07:45:07









