"Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017 ci il tarixində dəstəyi ilə həyata keçirdiyi "Əhalinin həssas qruplarına psixoloji dəstək və əlilliyi olan şəxslər üçün ölkəmizin milli, mədəni, tarixi abidələrinə səyahət turlarının təşkili" layihəsnin davamiyyəti olaraq, bu ildə bir qrup təşkilat üzvü üçün Quba turu təşkil etdi. Tura 28 nəfər əlilliyi olan şəxs qatıldı.
QHT.az xəbər verir ki, bu barədə ƏSMİD ictimai birliyinin rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözləriə görə layihənin məqsədi fiziki məhdudiyyəti olan şəxslərə psixoloji dəstək olaraq, onların asudə vaxtının səmərəliliyinin artırılmasına və sosial aktiv vətəndaş kontingentinə adaptasiya olunmasına dəstək olmaqdır. Təşkilat tərəfindən bu il ərzində bir sıra turlar və görüşlər təşkil edilib və bu cür tur və görüşlər mütamadi təşkil olunacağını vurğulayıb.









