QHT.az xəbər verir ki, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi və London Pizza House ilə birgə əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil etdilər.

 

Tədbirdə on beş əlilliyi olan şəxsin övladları iştirak etdi.Birliyinin sədri Səbinə Kərimova əlilliyi olan şəxslərin övladları üçün təşkil olunan tədbirə görə London evinin rəhbərliyinə minnətdarlığını bildirib. O, bildirib ki, sahibkarlar tərəfindən atılan bu cür xeyirxah addımlar təqdirə layqdir və əlilliyi olan şəxslər həm dövlət,həmdə sahibkar insanlar tərəfindən qayğı ilə əhatə olunduğunu hiss edirlər. Bu onların yaşamaları üçün bir stimuldur.

 

Sumqayıt şəhərində fəaliyyət göstərən London Pizza House yeni yaranmağına baxmayaraq , bir çox xeyirxah layihələrə imza atıb. London evinin rəhbəri Emin Əliyev bu cür tədbirləri əlil övladları üçün mütamadi etmək niyyətində olduğunu vurğulayıb.

 

Qeyd edək ki, tədbirin təşkilatçısı ƏSMİD ictimai birliyinin informasiya şöbəsinin sədri Nərmin Rzalıdır.