QHT.az xəbər verir ki, Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların öz qabiliyyətlərini gözlər önünə gətirməyinə dəstək verən Davamlı Tuizmin İnkişafına Dəstək İctimai Birliyi, Əlilliyi OLan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək İctimai Birliyinin və BAKI İSTANBUL LİSEYİNİN təşkilatı dəstəyi ilə ölkədə əlilliyi olan şəxslərin turizm imkanlarının artırılması və cəmiyyətə inteqrasiyası məqsədi ilə
“ƏNGƏLSİZ TURİZM”-2018
Əlilliyi olan şəxslər arasında foto və rəsm müsabiqəsi elan edir.
Müsabiqə əlilliyi olan şəxlərin turizmi necə gördükləri, nə kimi maneələrlə üzləşdikləri, turizmlə bağlı arzularının öyrənilməsi və şəxsi istedadlarının üzə çıxarılması məqsədi ilə həyata keçirilir.
İştirak etmək istəyən şəxlər çəkdikləri foto və ya rəsmlərin şəklini və şəxsi məlumatlarını 15.09.2018-ci il tarixinədək [email protected] ünvanına yollamaları xahiş olunur.
Müsabiqədə iştirak edənlər arasında yaş kateqoriyası nəzərdə tutulmamışdır.
Müsabiqəyə həm foto həm də əllə çəkilmiş rəsm əsəri təqdim oluna bilər.
Müsabiqədə 3 yer nəzərdə tutulmuşdur. Qaliblər diplom və hədiyyələrlə təltif olunacaqlar. Bütün iştirakçılara sertifikat təqdim olunacaqdır.
Sərginin BAKI İSTANBUL LİSEYİNİN tədbir zalında keçirilməsi nəzərdə tutulmuş, vaxtı və məkanı iştirakçılara öncədən bildiriləcəkdir.









