"Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə avqust ayının 1-dən "Əlilliyi olan gənclərin 1918-ci il azərbaycanlıların soyqırımı haqqında maarifləndirilməsi və Şamaxıdakı xatirə abidəsinə ziyarətin təşkili" layihəsinin icrasına başlayır.
Bu barədə QHT.az-a ƏSMİD ictimai birliyinin rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə layihənin məqsədi “Sağlamlıq imkanları məhdud gənclərin arasında soyqırımının yüzüncü ildönümü” ilə əlaqədar tariximizin təbliğini aparmaq,ölkəmizdə baş vermiş siyasi, mühüm hadisələrlə bağlı məlumatlandırmaq və onların informasiya balansının artırılmasına yardımçı olmaqdır.
Layihənin sonunda əlilliyi olan gənclərin Şamaxıdakı soyqırım abidə kompleksinə ziyarəti təşkil olunacaq.









