Xəbərlər blokunun 4-cü buraxılışına ötən həftə ərzində QHT-lərin həyata keçirdiyi tədbirlər ilə bağlı informasiyalar və reportajlar daxil edilib.
Qeyd edək ki, Xəbərlər Bloku "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “QHT sektorunda baş verən mühüm hadisələr və QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımının təşkili” layihəsi çərçivəsində hazırlanır və hər həftə QHT TV-nin internet saytı (www.qhttv.az) və qht.az saytı vasitəsi ilə yayımlanır.
XRONOMETRAJ:
1. Açıq Hökumət Platformasından kəskin reaksiya: “ASAN İmza”dan istifadə tariflərinin artırılması dərhal dayandırlmalıdır- 00:57
2. Lənkəranda "Əmək müqaviləsi: gələcəyə təminat" adlı təlim keçirilib- 03:15
3. Atatükr Mərkəzində "Türkologiya" kitabı təqdim olunub- 04:34
4. Bəsti Nəsibova: Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib- 06:55
5. Yenicə hazırlanan "1918-ci il hadisələri unudulmayan tarix" filmine baxış olub- 08:31
6. Mədən hasilatı sənayesində şəffaflığın artırılmasına dair içtimai müzakirə aparılıb- 11:20
7. QHT bir qrup şəhit ailəsi və müharibə əlilləri üçün görüş təşkil edib- 12:31










