Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Xüsusi Olimpiya Komitəsi Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında qızlar arasında “24 sentyabr – Yunis Kennedy - Şrayver günü”nə həsr olunmuş turnir keçirib.

Yarışlarda xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından ibarət 200-dən çox atlet iştirak edib.