Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov vətəndaşları onlayn qaydada qəbul edib.
QHT.az xəbər verir ki, qəbul zamanı şəhid ailəsi, Qarabağ müharibəsi əlili və ümumi xəstəlik səbəbindən əlilliyi olan şəxslərin müraciətləri dinlənilib, həlli istiqamətində tapşırıqlar verilib.
Sosial Xidmətlər Agentliyinin səlahiyyətləri xaricində olan müraciətlər isə aidiyyəti qurumlara göndərilərək həlli üçün qeydiyyata alınıb.












