Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və  “MTV Azərbaycan”ın birgə təşəbbüsü ilə Bərabərik adlı silsilə verilişlər hazırlanıb.

 

QHT.az xəbər verir ki, layihədə istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə bir sıra tanınmış müğənnilər və Əməkdar artistlər yer alır.

 

Əlillik onların həyat eşqinə və istedadlarına əngəl olmamış, əksinə onları daha da ilhamlandıraraq  bu layihənin ərsəyə gəlməsinə kömək etmişdir.