QHT TV-nin canlı yayımında "Əlilliyi olan şəxslərin problemlərinin həllində QHT-lərin rolu" mövzusunda müzakirə aparılıb.
Canlı yayımın qonağı "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Məhluqə Rəhimova olub.
Canlı yayım “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyilə həyata keçirilən
“Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində baş tutub.












