Kruiz gəmisinin məhəccərlərində oturarkən görüntülənən iki uşağın fotosu sosial mediada gündəm olub.
QHT.az xəbər verir ki, internetdə yayılan və sürətlə yayılaraq ailələrin mənfi reaksiyalarına səbəb olub. Carnival Cruise Line Miami Blogu
tərəfindən bu yaxınlarda Facebook-da yayımlanan fotoda qısaqol köynəklər və bermudalar geyinmiş iki oğlanın bir kruiz gəmisinə aid olduğu görünən balkonun məhəccərlərində oturduğu əks olunub.
Fotonu çəkən Pride də gəminin Royal Caribbean şirkətinə məxsus olduğunu təsdiqləyib. Minlərlə sosial şəbəkə istifadəçisi şirkətdən uşaqları məhəccərdə oturan ailəyə kruiz səfərlərini qadağan etməyə çağırıb. Bu yazının yazıldığı vaxt posta təxminən 10.000 şərh var idi.
Qeyd edək ki, keçmiş oxşar hadisələrdə qonaqlar nəinki gəmidən çıxarılıb, həm də kruiz xəttindən ömürlük qadağan edilibdir.
Pərvanə Fərhadqızı












