Son vaxtlar sosial şəbəkələrdə dərs ilinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı valideynlər tərəfindən geniş müzakirələr aparılır. Dərslərin sentyabrın 1-də başlaması haqqında yazılan fikirlərə Təhsil Nazirliyi aydınlıq gətirib.
Nazirlikdən QHT.az-a verilən məlumata görə orta məktəblərdə dərslərin sentyabrın 1-də başlaması barədə yayılan məlumatlar yalnışdır. Bildirilib ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib.
Pərvanə Fərhadqızı












