Bir neçə gün öncə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə görüş keçirilib.

“İslahatçı qadınlar və innovasiyalar” ictimai birliyinin sədri Vüsalə Hüseyinli QHT.az-a bildirib ki, görüşdə çıxışımda maddi durumu çətin olan, ailədə 1 nəfərin maddi gəlir gətirməsi faktını qeyd edərək evindən 3-4 uşağını məktəbə göndərən valideynlərə məktəbli forması ilə bağlı dəstək olmalarını rica etdim: “Çünki forma paketinin qiymət bir qədər yüksək olduğu üçün belə ailələrə çətinlik yaradır. Artıq bu gün bir neçə məktəblərdə valideynlərə məktəbli forması dəstəyi ilə bağlı müraciət olunub. Bununla bağlı cənab təhsil nazirimiz Emin Amrullayevə təşəkkür etmək istədim. Var olun cənab nazir operativliyiniz üçün”.

 

Pərvanə Fərhadqızı