Save the Children Avropa İttifaqına üzv ölkələri yeni Qayıdış Reqlamenti qəbul edilməzdən əvvəl miqrant və qaçqın uşaqların hüquqlarının qorunmasını təmin etməyə çağırıb. Təşkilat bildirib ki, sentyabr ayında rəsmi qəbul edilməsi gözlənilən yeni qaydalar uşaqların hüquqlarına mənfi təsir göstərə bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, miqrasiya siyasətində uşaqların maraqları hər zaman üstün tutulmalı və onların saxlanılması və ya məcburi geri qaytarılması yalnız son çarə kimi nəzərdən keçirilməlidir.
QHT Avropa hökumətlərini beynəlxalq hüquqa və BMT-nin Uşaq Hüquqları Konvensiyasına uyğun qərarlar qəbul etməyə çağıraraq, miqrant uşaqların təhlükəsizliyinin və rifahının prioritet olmasının vacibliyini vurğulayıb.
Piranə Xasiyeva






