Yeni beynəlxalq araşdırmaya görə, gündəlik qidalanmada liflə zəngin məhsulların daha çox istehlakı bağırsaq xərçənginin inkişaf riskinin azalması ilə əlaqələndirilir. Alimlər bildirirlər ki, tam taxıllar, paxlalılar, meyvə və tərəvəzlər bağırsaq mikrobiotasını dəstəkləyərək həzm sisteminin sağlamlığını qorumağa kömək edir.

QHT.az xarici mediaya istinadən bildirir ki, lif bağırsaqlarda faydalı bakteriyalar tərəfindən parçalanaraq iltihabı azalda bilən maddələrin yaranmasına şərait yaradır. Bu proses bağırsaq hüceyrələrinin sağlam qalmasına və xərçəng riskinin azalmasına töhfə verə bilər.

Mütəxəssislər qeyd edirlər ki, gündəlik rasiona yulaf, tam buğda məhsulları, mərcimək, noxud, lobya, alma, armud və müxtəlif tərəvəzlərin əlavə edilməsi lif qəbulunu artırmağın sadə yollarındandır. Bununla yanaşı, onlar vurğulayırlar ki, sağlam qidalanma müntəzəm fiziki aktivlik və profilaktik müayinələrlə birlikdə daha effektiv nəticə verir.

Piranə Xasiyeva