Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası nəticəsində indiyədək 180-dən çox uşaq ölüb. Minlərlə uşaq yaxınlarını itirdiyi və xəstəlik təhlükəsi ilə üzləşdiyi üçün psixoloji dəstəyə ehtiyac duyur. 

QHT.az xarici mediaya istinadən bildirir ki, epidemiya təkcə insanların sağlamlığına deyil, həm də uşaqların təhsilinə və psixoloji vəziyyətinə ciddi təsir göstərir. Təşkilat beynəlxalq ictimaiyyəti səhiyyə xidmətlərinin gücləndirilməsinə və zərərçəkən uşaqlara əlavə dəstək göstərməyə çağırıb. 

Xarici təşkilatların məlumatına görə, münaqişə və epidemiya şəraitində yaşayan uşaqların qorunması üçün təcili maliyyə və humanitar yardımın artırılması vacibdir. 

Piranə Xasiyeva