Amerikalı Alyaska Hava Yollarına məxsus təyyarədən 4,8 min metr hündürlükdən düşmüş praktiki olaraq zədələnmiş telefon tapıb.
QHT.az xəbər verir ki, yanvarın 5-də təyyarə ABŞ-ın Oreqon ştatının Portlend şəhərində məcburi eniş edib, çünki uçuş zamanı təyyarənin gövdəsinin bir hissəsi qoparılıb və sərnişin salonunda təzyiq azalıb.
Qeyd edək ki, mobil telefonlar təyyarənin normal işinə mane ola biləcək radio dalğaları yayır. Hər uçuşda aviaşirkətin sərnişinlərinə mobil telefonlarını həmişə təyyarə rejiminə keçirmələri xatırladılır. Yaranan radio dalğalar, həmçinin pilotların qulaqlıqlarında müdaxiləyə səbəb ola bilər.
Pərvanə Fərhadqızı












