Gələn həftədən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

 

QHT. az Axar.az-a istinadən xəbər verir ki, prosesə yanvarın 15-də start veriləcək.

 

Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

 

Qeyd edək ki, Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi yanvarın 9-da başa çatıb. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.

 

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

 

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

 

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

 

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

 

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

 

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

 

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

 

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev;