Ataları təyyarə kapitanı Ufuk Köksalın məsləyini davam etdirən Buse və Tolqa Köksal (bacı-qardaş) da ilk dəfə eyni uçuşda fotolarını paylaşıblar.
Uzun illər Hərbi Hava Qüvvələrində xidmət edən kapitan Ufuk Köksal mülki aviasiyaya daxil olduqadan sonra Boing 737 təyyarəsində uçuşlarını davam etdirir. Peşəsinə və geyim formasına olan bağlılığı ilə böyüyən övladları Buse və Tolqa da kiçik yaşlarından pilot olmağa can atıb və arzularını həyata keçiriblər.
Kapitan Buse Köksal ABŞ-da təhsilini başa vurduqdan sonra 2019-cu ildə aviaşirkətin pilotu kimi səmaya qalxdı. Əvvəllər atası ilə eyni ekipajda uçan Buse, indi qardaşı ilə birlikdə xidmət edərək karyerasında daha bir xüsusi xatirəyə imza atdı.
İzmir İqtisadiyyat Universitetinin məzunu olan Tolqa Köksal, Ayjet Uçuş Məktəbində qəbul olunmuş pilot təhsilini başa vurduqdan sonra hava yolu karyerasına lisenziya qazanaraq başlayıb. Bacısı ilə eyni ekipaşı paylaşmaq fürsəti tapan gənc pilot bu təcrübəsini həyatının ən unudulmaz anlarından biri kimi qiymətləndirib. İzmirdən Berlinə gedən Sunexpress təyyarəsində qardaş-bacı eyni kabinədə bir araya gələrək ailə ənənəsini səmada davam etdiriblər.
Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov












