“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən Könüllülük Proqramının “İdman ayı” çərçivəsində Lənkəran şəhərində könüllülər üçün futbol yarışı təşkil olunub.

QHT.az xəbər verir ki, keçirilən oyunlar gənclər arasında idmanın kütləviliyinin artırılmasına, sağlam həyat tərzinin təşviqinə, onlar arasında dostluq, həmrəylik münasibətlərinin möhkəmləndirilməsinə və sosial fəallıqlarının artırılmasına dəstək vermək məqsədi daşıyır.