"Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyi "Yarım qalan arzular" layihəsinin icrasına başlayıb.
Layihə rəhbəri Ruhiyyə Məmmədova QHT.az-a açıqlamasında bildirib ki, layihə 2020-ci il Azərbaycan tarixinin Böyük Zəfər ili kimi yadda qalıb: “Ərazi bütövlüyümüzün bərpa olunması, dövlətimizin başçısının siyasi iradəsi, ordumuzun qəhərmanlığı, şücayəti nəticəsində baş verdi. Qələbəni qazanmaq əsgər və zabitlərimizin qanı, canı bahasına başa gəlib. Işğalçı ermənilərin Azərbaycan ərazilərinə göz dikdiyi ötən əsrin sonlarından etibarən bir çox soydaşımız şəhid olub, yaralanıb. Şəhidlərin ailəsinə, müharibə iştirakçılarına hər zaman dövlət tərəfindən diqqət və qayğı göstərilib, onların sosial problemlərinin həlli üçün zəruri tədbirlər görülür. Bununla yanaşı, digər qurumların, təşkilatların, QHT-lərin, ictimaiyyət nümayəndələrinin də üzərinə şəhidlərimizin xatirəsinin yaşadılması, onların unudulmaması üçün işlər düşür. Bunun üçün hər kəs səfərbər olmalı və hər bir əsgər və zabitimizə qarşı həssas davranmalıdır. Biz də şəhidlərimizin ruhuna ehtiram olaraq şəhidlərimizin həyatı ilə bağlı məlumatların əks olunduğu "Yarım qalan arzular" kitab hazırlayırıq”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunan layihə 3 ay müddətində davam edəcək.
Pərvanə Fərhadqızı












