Bu gün dövlət başçısının rəhbərliyi ilə müasir çağırışlara uyğun aparılan hüquqi islahatlarda fəal iştirak edən Konstitusiya Məhkəməsi qanunvericiliyin təkmilləşdirilməsinə, müasir hüquq sistemimizin zənginləşdirilməsinə əvəzsiz töhfələr verir.

QHT.az  AZƏRTAC -a istinadən xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin 25 illiyinə həsr olunmuş "Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı" adlı beynəlxalq konfransda söyləyib.

"Məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasında Konstitusiya Məhkəməsinin təmsil olunmaqla məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında, məhkəmə sisteminin nüfuzunun və hakimlərin müstəqilliyinin qorunmasında fəal iştirak etməsini xüsusi qeyd etmək lazımdır", - deyə nazir bildirib.