“Fransanın və onun hazırkı prezidenti cənab Makronun Ermənistan-Azərbaycan münasibətlərinə lüzumsuz müdaxiləsi tamamilə yersizdir. Lakin hazırda Ermənistan nə Fransaya, nə də Rusiyaya ciddi təzyiq göstərərək Azərbaycanla olan münasibətləri sərbəst və öz qərarı əsasında müəyyənləşdirmək gücünə malik deyil. Fransanın mövqeyi Ermənistan dövlətinin mənafelərinə ziddir. Bu, yalnız erməni lobbisinin və Fransanın öz maraqlarına xidmət edir”. – bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov QHT,az-a açıqlamasında bildirib.
O, qeyd edib ki, Fransa Avropa İttifaqı bayrağı altında regiona daxil olub, möhkəmlənmək istəyir: “Bu region ölkələri maraqlandırmır. Fransanın danışıqları həmişə nəticəsiz olub, iştirakının sülh proseslərinə mane olacağı gözlənilir. Danışıqlardan kənarlaşdırılması aktual olsa da, Ermənistan Fransadan asılı olduğu üçün bu heç də asan olmayacaq”.
Pərvanə Fərhadqızı












