Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Laçın Alıyev 1992-ci il yanvarın 22-də Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb, xidmətini başa vurduqdan sonra isə "gizir" rütbəsi ilə ordu sıralarında qalaraq xidmətini davam etdirib. Laçın Alıyev 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 25-də qəhrəmancasına şəhid olub.

Laçın Alıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!