“Ekoleks ekoloji hüquq mərkəzi əsasən ətraf mühitin mühafixəsi və dayanıqlı inkişaf məsələləri ilə məşğul olduğu üçün onun seçkilərin monitorinqi və seçkilərin keçirilməsində digər üsullarla iştirak təcrübəsi yoxdur. Lakin qarşıdan gələn Prezident seçkilərində İctimai birlik özünün tərəfdaşları, benefisarlarının seçkilərdə fəal iştirak etmək və Möhtərəm İlham Əliyevin namizədliyinə səs vermək barədə təşviq işləri aparır”.
Bu sözləri QHT.az-a açıqlama verən Ekoleks Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin sədri Sevil İsayeva bildirib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyaları uğurla və mütəşəkkil qaydada davam etdirilir. Kampaniya çərçivəsində respublikamızın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə seçki qanunvericiliyinə uyğun olaraq silsilə tədbirlər keçirilir.
Pərvanə Fərhadqızı












