Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Babək Məxsus oğlu Cəfərov 15 avqust 1991-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 26-da Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq tibb müəssisəsinə yerləşdirilib. Babək Cəfərov 2021-ci il martın 8-də müalicə aldığı tibb müəssisəsində şəhidlik zirvəsinə ucalıb.

Babək Cəfərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Hərbi xidmətlərə görə", ölümündən sonra isə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!