Azərbaycan Silahlı Qüvvələrinin baş giziri olan Elvin Xeybər oğlu Ömərov 1991-ci il avqustun 18-də Kürdəmir rayonunun Qarasu kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 2016-cı ilin "Aprel" döyüşlərinin də iştirakçısı olan Elvin Ömərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 13-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Elvin Ömərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!






