Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Elvin İmanqulu oğlu Dadaşov 1993-cü il avqustun 14-də Neftçala şəhərində anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 6-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Elvin Dadaşov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ruhu şad olsun!






