Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Həmidağa Bağı oğlu Hüseynzadə 1990-cı il avqustun 13-də Bakı şəhərində anadan olub.
QHT.az xəbər verir ki, o, 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Həmidağa Hüseynzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ uğrunda gedən döyüşlərdə iştirak edib və sentyabrın 28-də bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Həmidağa Hüseynzadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!






