1993-cü ildə avqustun 14-dən 15-nə keçən gecə Ermənistan ordusunun silahlı birləşmələri Cəbrayıl rayonunun strateji əhəmiyyətə malik Daşbaşı kəndində yerləşən posta hücum edib.

QHT.az xəbər verir ki, hücum nəticəsində qeyri-bərabər döyüşdə 23 hərbçimiz şəhid olub. Postu ələ keçirdikdən sonra ermənilər şəhidlərimizin meyitlərini tanınmaz hala salıblar. Bu faciədə həlak olmuş gənc əsgərlərimizin bəziləri nişanlı idi. Onların nişan paltarları və qızıl-zinət əşyaları da kəfənə bükülüb bu nakam şəhidlərin məzarlarına qoyulub.

Cəbrayıl və Xocavənd rayonları arasında yerləşən Daşbaşı postu və eyni adlı kənd 27 il sonra 2020-ci ilin 20 oktyabrında erməni işğalından azad olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!