Şəhid övladları arasında idman yarışması – MASALLIDA
“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə şəhid övladları arasında idman yarışması keçirilib.
Masallı Olimpiya Kompleksində təşkil edilən idman tədbirində Masallı Rayon İcra Hakimiyyətinin, rayon üzrə gənclər və idman sektorunun, Uşaq-Gənclər İdman Məktəbinin əməkdaşları, şəhid valideynləri, Lənkəran, Astara, Masallı rayonlarından olan şəhid övladları iştirak ediblər.
Müxtəlif əyləncəli idman oyunlarının yer aldığı yarış iştirakçılarına diplom, medal və hədiyyələr təqdim edilib.
Akif AĞAYEV












