Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Xəyal Ağaməmmədov 1992-ci il avqustun 23-də Hacıqabul rayonunun Kolanı kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 7 noyabr tarixində Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Xəyal Ağaməmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!