Milyarder iş adamı Elon Musk, İngiltərə baş naziri Rishi Sunak ilə qatıldığı zirvədə "sehrli cin" süni intellekt sayəsində gələcəkdə heç kimin işə ehtiyac duymayacağını söylədi.

QHT.az xəbər verir ki, Tesla və SpaceX-in baş direktoru, dünyanın ən varlı adamı Elon Musk iddia etdi ki, süni intellektin artması ilə bəşəriyyət 21-ci əsrdə artıq işləmək məcburiyyətində qalmayacaq. İngiltərənin paytaxtı Londonda keçirilən "süni intellekt" təhlükəsizlik zirvəsinə qatılan Mask, İngiltərə baş naziri Rishi Sunak ilə paylaşdığı səhnədə gələcəyə dair proqnozlarından danışdı. Musk, robotların "insanın sahib ola biləcəyi ən yaxşı dost" olacağını ifadə edərək, onların hər bir söhbətini xatırlayacaqlarını və sahiblərinin qeyri-məhdud istəkləri yerinə yetirə bilən "sehrli cinlər"ə çevriləcəyini söylədi. “İlk dəfə ən ağıllı insandan daha ağıllı bir şeyə sahib olacağıq. "Elə bir məqam gələcək ki, heç bir işə ehtiyac qalmayacaq" deyən Musk, insanların öz şəxsi məmnuniyyətləri üçün işləməyə davam edə bildiklərini, lakin əsas etibarilə süni intellekt sayəsində işləməyə ehtiyac qalmayacağını bildirib.

 

Pərvanə Fərhadqızı