30 oktyabr-3 noyabr 2023-cü il tarixlərində Çinin paytaxtı Pekin şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təşkilatçılığı ilə “Tənzimləyici nəzarətdən kənar materialların cəlb olunduğu cinayət və ya qəsdən icazəsiz hərəkətlərə cavabvermə tədbirlərinin idarə edilməsi üzrə milli planın işlənib hazırlanması” mövzusunda beynəlxalq seminar keçirilib.
Təşkilata üzv ölkələrdən 30-a yaxın nümayəndənin qatıldığı seminarda Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev və Əməliyyat-istintaq İdarəsinin rəisi polkovnik Turqut Salayev də iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 37G nömrəli Nüvə Təhlükəsizliyi Seriyasının (NSS) “Nüvə təhlükəsizliyi hadisələrinə cavabvermənin idarə edilməsi üçün milli planın hazırlanması” sənədinə uyğun olaraq tənzimləyici nəzarətdən kənar materialları əhatə edən cinayət və ya qəsdən törədilən icazəsiz hərəkətlərə cavabvermənin idarə edilməsi üçün effektiv milli planın komponentləri ilə tanış olmaqdan ibarət olub.
Tədbirdə qeyd edilən mövzuya dair geniş müzakirələr aparılıb.












