Sentyabrın 22-nə keçən gecə Antarktidada Vernadski stansiyasında küləyin sürəti 42,5 m/s (153 km/s) çataraq 1947-ci ildən bəri ən yüksək göstərici olub.

QHT.az xəbər verir ki, Beaufort şkalasına görə bu, 12 ballıq qasırğa gücündə küləkdir. Qütb tədqiqatçıları tərəfindən qeyd edilən bu güclü külək nəticəsində stansiyada ciddi dağıntı olmayıb.

Alimlərin fikrincə, iqlim dəyişikliyi bu cür ekstremal hadisələrin tezliyini artırır.

 

Pərvanə Fərhadqızı