Alimlər tərəfindən hazırlanmış yeni robot it süni intellektdən istifadə edərək ən təhlükəli qarışqa növlərindən birini - invaziv qırmızı atəş qarışqasını "iyləyir".
İnvaziv orqanizmlər kimi onlar əhəmiyyətli ekoloji və iqtisadi ziyana səbəb olublar. Təkcə Birləşmiş Ştatlarda bu növ məhsuldarlığın azalması və təsərrüfat avadanlığının zədələnməsi kimi təsirlər səbəbindən hər il təxminən 6 milyard dollar iqtisadi itkiyə səbəb olur. Robot itlərin yaradıcılarından biri olan alim Eduardo Foks bildirib ki, qırmızı atəş qarışqaları da öz ərazilərini sürətlə genişləndirərək yerli flora və faunanı sıxışdırırlar. Məsələn, Çində ən azı 2003-cü ildən bəri yerli qarışqa növlərinin sayını azaltmaqla problem yaranıb.












