Tac kütləsinin atılması — Günəşdən plazma və maqnit materialının partlayıcı sürətlə yerə doğru atılması — Yer kürəsinin maqnitosferini pozaraq geomaqnit qasırğalarına səbəb ola bilər. Bu qasırğalar, şimal işıqları ilə yanaşı, telekommunikasiya xətləri və elektrik sistemlərinə ciddi ziyan verə bilər.
QHT.az xəbər verir ki, ekspertlərə görə, tac kütləsinin atılması Yerdəki həyatı məhv etməyəcək, lakin infrastruktur üçün ciddi risk yarada bilər. 1859-cu ildə baş verən Carrington hadisəsi zamanı teleqraf xətləri qığılcım saçmış, bəzi operatorlar şoka düşmüş və yanğınlar baş vermişdi.
NASA-nın məlumatına görə, belə bir hadisənin təkrarlanma ehtimalı azdır, lakin olacağı təqdirdə müasir texnologiya və iqtisadiyyat üzərində dağıdıcı təsir göstərə bilər.
Pərvanə Fərhadqızı












