Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) Sudanda davam edən humanitar böhranla bağlı beynəlxalq ictimaiyyətə müraciət edərək yardımın artırılmasının vacibliyini vurğulayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, uzun sürən münaqişə nəticəsində milyonlarla insan qida, səhiyyə xidməti və təhlükəsiz içməli su çatışmazlığı ilə üzləşib. Humanitar ehtiyacların artmasına baxmayaraq, maliyyə çatışmazlığı yardım əməliyyatlarının genişləndirilməsinə mane olur.
ICRC bildirib ki, donorların əlavə maliyyə dəstəyi olmadan zərərçəkmiş əhaliyə lazımi yardımın göstərilməsi çətinləşəcək. Təşkilat beynəlxalq tərəfdaşları humanitar əməliyyatların davamlılığını təmin etmək üçün dəstəyi gücləndirməyə çağırıb.
Piranə Xasiyeva






