Beynəlxalq insan hüquqları təşkilatı Human Rights Watch Ukraynada mülki əhaliyə və infrastruktur obyektlərinə qarşı davam edən hücumlarla bağlı yeni hesabat dərc edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, təşkilatın məlumatına görə son dövrlərdə yaşayış məntəqələri, enerji infrastrukturu və digər mülki obyektlərə endirilən zərbələr nəticəsində çoxsaylı insan həlak olub və ya yaralanıb. Hesabatda beynəlxalq humanitar hüququn tələblərinə riayət edilməsinin vacibliyi vurğulanıb.

Human Rights Watch münaqişə tərəflərini mülki şəxslərin təhlükəsizliyini təmin etməyə, beynəlxalq hüququ pozan hücumlardan çəkinməyə və müstəqil araşdırmaların aparılmasına şərait yaratmağa çağırıb.

Təşkilat beynəlxalq ictimaiyyəti mülki əhalinin müdafiəsi və humanitar ehtiyacların qarşılanması istiqamətində səyləri artırmağa səsləyib.