Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) silahlı münaqişələrin davam etdiyi bölgələrdə humanitar ehtiyacların artdığını bildirərək donor ölkələri və beynəlxalq tərəfdaşları maliyyə dəstəyini gücləndirməyə çağırıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, təşkilatın yaydığı açıqlamada qeyd olunub ki, dünyanın müxtəlif münaqişə zonalarında milyonlarla insan ərzaq, içməli su, tibbi xidmət və sığınacaq çatışmazlığı ilə üz-üzədir. Bu səbəbdən humanitar əməliyyatların fasiləsiz davam etdirilməsi üçün əlavə maliyyə resurslarına ehtiyac var.
ICRC bildirib ki, ayrılacaq əlavə vəsait münaqişələrdən zərər çəkmiş əhaliyə həyati əhəmiyyət daşıyan yardımın çatdırılmasına, səhiyyə xidmətlərinin dəstəklənməsinə və mülki şəxslərin müdafiəsinə yönəldiləcək.
Təşkilat beynəlxalq ictimaiyyəti humanitar böhranın dərinləşməsinin qarşısını almaq üçün koordinasiyalı fəaliyyət göstərməyə çağırıb.






