Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli şəhid mayor Elçin Mansurovun anası Məleykə xanımla şəhidimizin anım günündə görüşüb.
QHT.az xəbər verir ki, 1984-cü ildə Bakıda doğulan, əslən Yardımlının Kürəkçi kəndindən olan Elçin Mansurov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub. 2007-ci ildən kəşfiyyatçı kimi xidmət edən Elçin 13 illik xidməti dövründə 6 medalla və fəxri fərmanlarla təltif edilib.
Döyüş yoldaşları onu “Kəşfiyyatın vuran əli”, “Tənha canavar”, “Boz qurd” adlandırıblar. Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı olan qəhrəman snayper atəşi nəticəsində şəhid olub. Elçin Mansurov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid mayor Elçin Mansurov İkinci Fəxri Xiyabanda dəfn olunub. Məkanı cənnət olsun.
Pərvanə Fərhadqızı






