“Refugees International” təşkilatı 2026–2027-ci illər üçün Qaçqın Liderləri Proqramına altı yeni iştirakçının seçildiyini açıqlayıb.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatın məlumatına görə, yeni seçilən iştirakçıların hər biri öz icmalarında liderlik fəaliyyəti göstərib və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə töhfə verib. Proqrama bu il dünyanın müxtəlif ölkələrindən 900-dən çox müraciət daxil olub.
Proqrama Cənubi Sudan, Nikaraqua, Konqo Demokratik Respublikası, Fələstin, Myanma və Venesuela mənşəli qaçqın liderlər seçilib. Onlar hazırda Keniya, Panama, Uqanda, Misir, Tailand və Kolumbiyada fəaliyyət göstərirlər.
Proqram çərçivəsində iştirakçıların qlobal səviyyədə vəkillik və liderlik bacarıqlarının inkişaf etdirilməsi, təlimlərdə və peşəkar inkişaf imkanlarında iştirakı nəzərdə tutulur. Qaçqın liderlər həmçinin təşkilatın qlobal vəkillik prioritetlərinin formalaşdırılmasına töhfə verəcəklər. (Refugees International)
“Refugees International” hesab edir ki, beynəlxalq humanitar yardımların azalması və dünyada böhranların dərinləşməsi fonunda qərarvermə proseslərində qaçqın icmalarının öz nümayəndələrinin rolunun artırılması vacibdir.






