Depressiya, DEHB və yüksək təzyiqin müalicəsində istifadə olunan bəzi geniş yayılmış dərmanlar susuzlaşma və istilə bağlı digər narahatlıqların yaranması riskini artıra bilər.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, Bu il Avropanı bürüyən iyun isti dalğası zamanı İleana Okumuş niyə istidən digərlərindən daha çox əziyyət çəkdiyini anlamırdı. Brüsseldə kondisionersiz, binanın son mərtəbəsində yaşayan 28 yaşlı qadın mənzilindən çıxan kimi tərləməyə başladığını deyir.

O, sərinləmək üçün ofisdə və yerli kafelərdə vaxt keçirməyə çalışsa da, bu kifayət etməyib. Bir gün mənzilinin temperaturunun 34 dərəcəyə çatdığını deyən Okumuş təxminən 18 saat yatdığını bildirib. O, oyanmaqda çətinlik çəkdiyini və təzyiqinin aşağı düşmüş ola biləcəyindən narahat olduğunu söyləyib.

Los-Ancelesdə yaşayan 36 yaşlı karyera məşqçisi Karolin Fraissine isə bu yay eyni vaxtda üç psixiatrik dərmandan – antidepressant, əhval stabilizatoru və DEHB dərmanından – istifadə edib. İyul ayında uzunmüddətli və rütubətli isti hava dalğası zamanı diqqətini cəmləməkdə çətinlik çəkdiyini, daha əsəbi olduğunu və əvvəlkindən çox tərlədiyini bildirib.

Əvvəlcə bu əlamətləri düzgün qidalanmaması və kifayət qədər su içməməsi ilə əlaqələndirib. Daha sonra psixi sağlamlıq dəstək qrupundakı dostu ona istiliklə dərmanlar arasındakı əlaqə barədə məqalələr göndərib. Qrupdakı digər insanlar da oxşar problemlərlə qarşılaşdıqlarını bildiriblər.

Bəzi dərmanlar səbəbindən hətta mülayim temperatur belə sağlamlıq üçün daha böyük risk yarada bilər. 65 yaşdan yuxarı insanların isə bir neçə dərmandan eyni vaxtda istifadə etmə ehtimalı daha yüksəkdir.

Zəhra Mansırova