İqlim dəyişikliyinin yaratdığı quraqlıq, su çatışmazlığı və ekstremal hava şəraiti kənd təsərrüfatına ciddi təsir göstərir. Qeyri-hökumət təşkilatları isə fermerlərin bu problemlərə uyğunlaşmasına kömək etmək üçün müxtəlif layihələr həyata keçirirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki,bu proqramlar çərçivəsində kiçik fermerlərə iqlimə davamlı əkinçilik üsulları, su ehtiyatlarından səmərəli istifadə və məhsuldarlığın qorunması ilə bağlı dəstək göstərilir.
Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliklərinin təsirlərinin artdığı bir vaxtda fermerlərin yeni kənd təsərrüfatı metodlarına keçidi ərzaq təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.






