Yəməndə uzunmüddətli münaqişə və iqtisadi çətinliklər humanitar vəziyyəti daha da ağırlaşdırıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, BMT-nin məlumatına görə, 2026-cı ildə ölkədə 22,3 milyon insanın humanitar yardım və müdafiəyə ehtiyacı var. Onlardan 5,2 milyondan çoxu ölkə daxilində məcburi köçkün vəziyyətindədir.
Humanitar təşkilatlar bildirirlər ki, maliyyə çatışmazlığı yardım proqramlarının imkanlarını məhdudlaşdırır. Ölkədə ərzaq təhlükəsizliyi də ciddi narahatlıq doğurur. UNFPA-nın məlumatına əsasən, 18,3 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşir.
Beynəlxalq humanitar qurumlar Yəməndə vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün təcili maliyyə dəstəyinə ehtiyac olduğunu vurğulayırlar.
Qeyd edək ki, Yəmən illərdir dünyanın ən ağır humanitar böhranlarından birini yaşayır.






