30 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikı Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının iştirakı ilə qeyri-hökumət təşkilatları (QHT) üçün “Korrupsiya ilə mübarizə və etik davranış qaydaları” mövzüsunda onlayn təlim keçirilmişdir. Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) layihəsi çərçivəsində Açıq Hökumət Platforması ilə əməkdaşlıqda təşkil olunmuşdur.

Açıq Hökumət Milli Platformasının koordinatoru Əliməmməd Nuriyev, Ədliyyə Akademiyasının Ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi Səyyad Məcidov, Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru ədliyyə müşaviri Mətanət Əsgərova və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbrahimov təqdimatla çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində ölkə qanunvericiliyinin tələbləri, korrupsiyaya qarşı mübarizə, QHT-lərdə dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış, QHT-lərin əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və digər məsələlər haqqında ətraflı məlumat vermiş və iştirakçıların suallarını cavablandırmışdır.

Tədbirlərdə 40 QHT nümayəndəsi iştirak etmişdir. Tədbirin sonunda iştirakçılara onlayn sertifikatlar təqdim olunmuşdur.