Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Əvəz Həsənov “İnsan haqqları, ictimai vəkillik, demokratiya, hüquq məsələləri və insan alverinə qarşı mübarizə” sahəsində çalışan QHT-lərlə onlayn görüş keçirəcək. 

 

QHT.az xəbər verir ki, bu barədə Müşahidə Şurasının üzvü öz facebook səhifəsində QHT nümayəndələrinə müraciət ünvanlayıb:

 

"Hörmətli QHT nümayəndələri. 

Bildiyiniz kimi, QHT Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü kimi mənim əlaqələndirdiyim sahələr -  İnsan haqqları, ictimai vəkillik, demokratiya, hüquq məsələləri və insan alverinə qarşı mübarizə məsələləridir. Təbii ki, bu sahələrin sub-istiqamətləri də vardır. İyul ayının əvvəlində Müşahidə Şurası üzvü kimi bu sahələr ilə məşğul olan QHT rəhbərləri ilə Zoom vasitəsilə görüş keçirəcəyəm. 

Mən bu sahələr ilə məşğul olan insanları yaxşı tanıyıram və uzun illərdir birgə işləyirik. Ona görə də yaxşı tanıdığım QHT rəhbərlərinə dəvətlər göndərməklə ilə yanaşı ola bilsin ki, haqqında az məlumatım olan QHT-lər vardır. 

Zəhmət olmasa, həmin görüşdə iştirak etmək istəyən kolleqalrımız bu statusun altında və yaxud mənim inboxuma təşkilatının adını və rəhbərin adını yazsın. 

Əmin edirəm ki, marağı olan hər bir QHT rəhbəri məmnuniyyətlə dəvət olunacaq və sərbəst müzakirə üçün imkanımız olacaqdır."