18 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikı Ədliyyə Nazirliyinin iştirakı ilə qeyri-hökumət təşkilatları (QHT) üçün “Etik Davranış qaydaları” mövzüsunda vebinar keçirilmişdir.
Vebinar ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) layihəsi çərçivəsində Açıq Hökumət Platforması ilə əməkdaşlıqda təşkil olunmuşdur.
Tədbirdə salamlama sözü ilə çıxış edən Azərbaycan Respublikı Ədliyyə Nazirliyinin QHT-lərlə iş şöbəsinin rəhbəri Aslan Hacıyev bu sahədə QHT-lər üçün maarifləndirmə tədbirlərinin vacibliyini qeyd etmişdir.
Açıq Hökumət Milli Platformasının koordinatoru Əliməmməd Nuriyev təqdimatla çıxış edərək QHT-lərin etik davramış qaydaları, o cümlədən maraqların toqquşması, sənədlərin saxtalaşdırılması, QHT idarəçiliyində etik qaydalar, Ümumdünya Qeyri-Hökümət Təşkilatları Assosiasiyası tərəfindən hazırlanmış Etik Kodeksin əsas prinsipləri, şəffaflıq, hesabatlılıq və digər məqamlara dair ətraflı məlumat vermişdir.
ECSOFT layihəsinin eksperti Rena Səfərəliyeva etik davranış qaydalarına dair konkret keyslər üzrə müzakirə aparmışdır. Tədbirlərdə 32 QHT nümayəndəsi iştirak etmişdir. Tədbirin sonda iştirakçılara onlayn sertifikatlar təqdim olunmuşdur.












