Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova “Ailə, qadın və uşaq məsələləri” sahəsində çalışan QHT-lərlə onlayn görüş keçirəcək. 
 
QHT.az xəbər verir ki, bu barədə Müşahidə Şurasının üzvü öz facebook səhifəsində QHT nümayəndələrinə müraciət ünvanlayıb:
 
“Hörmətli QHT sədrləri! 
Mən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olaraq Ailə, qadın və uşaq məsələləri ilə bağlı istiqamətdə əlaqələndiriciyəm. Xahiş edirəm ki, nizamnaməsində fəaliyyət istiqaməti bu sahəyə aid olan QHT-lərin rəhbərləri statusa şərh yazaraq təşkilatlarının adını qeyd eləsin. Tez bir zamanda online görüş keçiriləcək”
 
 
Qeyd edək ki, Mayın 6-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclasında MŞ üzvlərinə müxtəlif sahələr üzrə iş bölgüsü haqqında qərar qəbul edilib. 
 
MŞ üzvləri olan QHT rəhbərlərinin cavabdeh olduğu sahələr: 
 
1) İnsan haqları, ictimai vəkillik,  demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə məsələləri - Əvəz Həsənov, Zaur İbrahimov;
2) Ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə məsələləri -  Azər Allahverənov, Nurəddin Mehdiyev;
3) Elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təşviqi məsələləri - İlqar Orucov, İsrayıl İsgəndərov;
4) Sosial (şəhid ailələri, müharibə veteranları və əlilliyi olan şəxslər)  və iqtisadi məsələlər - Nurəddin Mehdiyev, İlqar Orucov;
5) Ailə, qadın, uşaq və gender məsələləri - Günel Səfərova, Əvəz Həsənov;
6) Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi və təşviqi məsələləri - İsrayıl İsgəndərov, Günel Səfərova;
7) Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri - Zaur İbrahimov, Azər Allahverənov

 

№

Müşahidə Şurasının üzvünün adı

Əlaqələndirdiyi fəaliyyət istiqaməti

Əlaqələndirdiyi fəaliyyət istiqaməti üzrə görüləcək işlər

 

1

Azay Quliyev,

Sədr

Ümumi rəhbərlik

Müşahidə Şurasının işinin təşkili 

 

2

Vüsal Quliyev, sədr müavini

Dövlət orqanları ilə fəaliyyətin əlaqələndirilməsi

  • Dövlət orqanları ilə fəaliyyəti əlaqələndirir;
  • Agentliyin və icraçı direktorun fəaliyyətinə nəzarəti həyata keçirir və bununla bağlı təkliflər verir;
  • QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və QHT-lərin institusional inkişafı istiqamətində təkliflər hazırlayır;
  • İctimai nəzarətin tətbiqində QHT-lərin iştirakını təşviq edir.

 

3

İlqar Məmmədov, üzv

QHT-lərin institusional inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi məsələləri

  • Agentliyin və icraçı direktorun fəaliyyətinə nəzarəti həyata keçirir və bununla bağlı təkliflər verir;
  • QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və QHT-lərin institusional inkişafı istiqamətində təkliflər hazırlayır;
  • İctimai nəzarətin tətbiqində QHT-lərin iştirakını təşviq edir

 

4

Zakir Hacıyev, üzv

QHT-lərin maliyyələşdirilməsi, mühasibatlıq və maliyyə hesabatlılığı məsələləri

  • QHT-lərin maliyyələşdirilməsi, mühasibatlıq və maliyyə hesabatlılığı ilə bağlı təkliflər verir;
  • Agentliyin və icraçı direktorun fəaliyyətinə nəzarəti həyata keçirir və bununla bağlı təkliflər verir;
  • QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və QHT-lərin institusional inkişafı istiqamətində təkliflər hazırlayır.

 

5

Əvəz Həsənov,

Zaur İbrahimov, üzv

İnsan haqları, ictimai vəkillik,  demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə məsələləri

  • Bu istiqamətdə müsabiqə mövzularının müəyyən edilməsi məqsədilə müvafiq QHT-lərlə  ictimai müzakirələri təşkil  edir və müsabiqə  mövzuları haqqında təklifləri Müşahidə Şurasına təqdim edir;
  • Bu istiqamətdə keçirilən qrant müsabiqəsinin nəticələrinə dair arayışların hazırlanmasına rəhbərliyi həyata keçirir və həmin arayışları Müşahidə Şurasına təqdim edir;
  • Bu istiqamətdə keçirilən qrant müsabiqəsinin nəticələrinə dair apelyasiya müraciətlərinin baxılmasında iştirak edir;
  • Bu istiqamətdə maliyyələşdirilən layihələrin icra vəziyyətinin monitorinqində və nəticələrinin qiymətləndirilməsində iştirak edir;
  • Bu istiqamətdə QHT-lərin səmərəli fəaliyyətinin təşkili ilə bağlı təkliflər hazırlayır;
  • Bu istiqamətdə dövlət büdcəsinin vəsaiti hesabına ayrılan qrantlardan QHT-lər tərəfindən təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsində iştirak edir;
  • Bu istiqamət üzrə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərində QHT-lərin iştirakını təşviq edir və bu sahədə beynəlxalq donorlarla əlaqələr qurur;
  • Bu istiqamət üzrə ictimai nəzarətin tətbiqində QHT-lərin iştirakını təşviq edir;
  • Bu istiqamətdə könüllülük fəaliyyətini təşviq edir;
  • Bu istiqamətdə Agentliyin məsul olduğu müvafiq dövlət proqramları və milli fəaliyət planlarının icrasına nəzarət edir, bu qəbildən olan sənəd layihələrinə rəy və təkliflər verir;
  • Bu istiqamətdə qrant verə bilən qurumlar tərəfindən razılaşdırılması üçün  Agentliyə təqdim olunan müsabiqə mövzularına və layihələrə dair rəyin verilməsində iştirak edir;
  • Bu istiqamət üzrə əlavə vəsaitin cəlb edilməsi üçün dövlət-özəl və QHT-lər arasında üçtərəfli tərəfdaşlığı təşviq edir;
  • Agentliyin və icraçı direktorun fəaliyyətinə nəzarəti həyata keçirir və bununla bağlı təkliflər verir;
  • QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və QHT-lərin institusional inkişafı istiqamətində təkliflər hazırlayır;
  • Bu istiqamət üzrə QHT-lərə məlumatlandırma, konsultativ və metodiki dəstəyin verilməsində iştirak edir;
  • Bu istiqamət üzrə daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;
  • İldə iki dəfə fəaliyyət istiqaməti ilə bağlı Müşahidə Şurasına hesabat verir və Agentliyin həyata keçirdiyi işlər haqqında ictimaiyyəti məlumatlandırır;
  • Bu istiqamət üzrə fəaliyyət göstərən QHT-lərin sosial şəbəkələrdə müzakirə platformalarını yaradır və aktual məsələlərin ictimai müzakirəsini təşkil edir;
  • Mətbuatda və sosial mediada Agentliyin fəaliyyəti ilə bağlı qaldırılan məsələlərə münasibət bildirir və bu barədə Müşahidə Şurasını məlumatlandırır;
  • Ayda bir dəfə bu istiqamət üzrə fəaliyyət göstərən QHT nümayəndələrini qəbul edir

 

6

Azər Allahverənov,

Nurəddin Mehdiyev, üzv

Ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə məsələləri

 

7

İlqar Orucov,

İsrayıl İsgəndərov, üzv

Elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təşviqi məsələləri

 

8

Nurəddin Mehdiyev,

İlqar Orucov, üzv

Sosial (şəhid ailələri, müharibə veteranları və əlilliyi olan şəxslər)  və iqtisadi məsələlər

 

9

Günel Səfərova,

Əvəz Həsənov, üzv

Ailə, qadın, uşaq və gender məsələləri

 

10

İsrayıl İsgəndərov,

Günel Səfərova, üzv

Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi və təşviqi məsələləri

 

11

Zaur İbrahimov,

Azər Allahverənov, üzv

Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri